
BAKI, 14 mart. TELEQRAF
"Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi mətninin yekunlaşmasını alqışlayırıq"
Teleqraf xəbər verir ki, bir sıra dünya dövlətləri və beynəlxalq qurumlar Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi mətninin yekunlaşmasına münasibət bildiriblər.
Bu sırada Avropa İttifaqı rəsmiləri, Rusiya, İtaliya, Qətər, Xorvatiya, Rumıniya, Belçika, Monteneqro, Böyük Britaniya, Niderland və s. rəhbərləri də var.
Onlar X hesablarında uyğun paylaşımlar ediblər.
Beynəlxalq aləmin təmsilçiləri Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsini və əlaqələrin bərpasının elan edilməsini alqışlayırlar.