BAKI, 14 mart. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müzakirələr zamanı hər iki tərəf regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə edib. Tərəflər, həmçinin münaqişə sonrası regional vəziyyəti, sülh sazişi ilə bağlı son inkişafları və qarşıya çıxan çətinlikləri diqqətə alıblar.

Görüşdə, Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişelin əvvəlki vəzifəsindəki əhəmiyyətli səyləri yüksək qiymətləndirilib.