
BAKI, 14 mart. TELEQRAF
"Ermənistan Azərbaycanın suveren ərazilərinə qarşı iddialarını öz konstitusiyasından çıxarmalıdır".
Bunu Teleqraf-a müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O qeyd edib ki, rəsmi İrəvanın atmalı olduğu digər addım isə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətə qoşulmasıdır.
E.Məmmədov söyləyib ki, sülh sazişinin mətni razılaşdırılıb. Amma onun nə zaman və harada imzalanacağı barədə danışmaq hələ tezdir.
E.Məmmədovun geniş müsahibəsi bir azdan Teleqraf-da yayımlanacaq.