.jpg)
BAKI, 14 mart. TELEQRAF
"Böyük ölkələr müttəfiqlər olmadan ayaqda qala bilər. Kiçik ölkələr üçün bu variant keçərli deyil".
Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya nizamında orta güclər” panel müzakirələrində Monqolustanın sabiq prezidenti Nambaryn Enkhbayar bildirib.
Onun sözlərinə görə, kiçik ölkələr isə ləng tərpənə bilməz, bu, onların ölümü deməkdir.
“Bu gün biz ölkələrarası münasibətlər arasında ciddi dəyişmələr görürük. ABŞ və Avropa arasında son olanlar hər kəsə məlumdur. Bəlkə də bu, əvvəldən olan münasibətlərin əsl tərəfinin indi üzə çıxmasıdır. Trampla Qorbaçov arasında oxşarlıqlar görürəm. Hər ikisi sadəcə öz hakimiyyətini düşünüb. Qorbaçov SSRİ-ni ən böyük etməyə çalışırdı. İndi Trampın ABŞ üçün etdiyi də eyni haldır. Qorbaçov o vaxt Varşava paktından çıxdı, indi Tramp NATO-dan çıxmağı düşünür. Biri tarixdə Şərqi Avropaya yardımı dayandırdı, digəri də indi xaricə yardımla bağlı fəaliyyətini azaltmaqdadır. Bunlar onu göstərir ki, kiçik ölkələr baş verənlər fonunda müqəddəratını özü təyin etməlidir, əks halda yem olmaq qaçılmazdır”, - Nambaryn Enkhbayar qeyd edib.