BAKI, 14 mart. TELEQRAF

Avropa İttifaqı, Ermənistan və Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların tamamlanması ilə bağlı verilən müvafiq bəyanatları müsbət qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat dərc edilib.

Bu bəyanatlar regionda davamlı sülh və təhlükəsizlik üçün atılan mühüm addımlardır. Prosesin uğurla tamamlanması üçün hər iki tərəfin konstruktiv və kompromisli yanaşmalarını davam etdirməsi vacibdir. Avropa İttifaqı, Ermənistan və Azərbaycan arasında normallaşma prosesini tam dəstəkləyir və tərəflərin müraciəti ilə əlavə dəstək və ekspertiza təmin etməyə hazırdır.