.jpg)
BAKI, 14 mart. TELEQRAF
"Dəyişən dünyada ənənəvi dəyərlər pozulur, məhv olunur".
Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni Dünya Nizamında Orta Güclər” panel müzakirələrində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
Onun sözlərinə görə, dünyada müşahidə olunan böhranlar getdikcə dərinləşir.
"Azərbaycan uzun illər ərzində Ermənistanın silahlı hücumundan əziyyət çəkib. Bu prosesdə BMT qətnamələri də ortada idi, amma məsələni özümüz həll etdik. O cümlədən, Qoşulmama Hərəkatını vurğulamaq istərdim. Bu təşkilat BMT-dən sonra ən böyük təşkilatdır. Azərbaycanın ev sahibliyi etdiyi bu platforma sayəsində bir çox problemlər müzakirə olundu. Lakin dünyada münaqişələr hələ də davam edir. Belə bir dövrdə Azərbaycan fəal diplomatik təşəbbüslər göstərir. Qlobal çağırışlara gəldikdə isə onu deməliyəm ki, hər şeydən əvvəl milli maraqlar gəlir. Əlbəttə əgər dünyada öz mövqeyinizi müəyyənləşdirmək istəyirsinizsə, iqtisadi müstəqilliyiniz olmadan özünüzü müdafiə edə bilməzsiniz, çünki bu çox vacibdir", - Elnur Məmmədov qeyd edib.