
BAKI, 14 mart. TELEQRAF
"Düşünürəm, ortaq dəyərləri, sülhü, sabitliyi, insan hüquqları kimi əsas təməl dəyərləri təşviq edən siyasətə hər zaman sadiq olmalıyıq".
Teleqraf xəbər verir ki, bunu Avstriyanın sabiq xarici işlər naziri Benita Ferrero XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya nizamında orta güclər" panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, orta güclü ölkələr beynəlxalq hüquq üçün çalışmalıdırlar, islahatlar keçirməlidirlər.
"Orta miqyaslı ölkələr bələdçi rolunu oynayırlar. Onlar ərazilərində beynəlxalq tədbirlərin keçirilməsi ilə xarakterizə olunurlar. Onlar bir vasitəçi rolunda da ola bilərlər", - deyə o əlavə edib.