.jpg)
BAKI, 14 mart. TELEQRAF
"Qlobal məsələlərin əhəmiyyəti hər il daha aydın görünür. Getdikcə indiki və keçmiş liderlər, ekspertlər daha çox toplaşaraq qlobal vəziyyəti müzakirə edir, ideyaları bölüşürlər. Mən bunu illərdir izləyirəm, anlayıram ki, bu cür tədbirlər olduqca vacibdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesə verdiyi dəstək mühüm əhəmiyyət daşıyır və yüksək qiymətləndirilir".
Bunu Teleqraf-a açıqlamasında İsrailin sabiq Xarici işlər naziri, Baş nazirin müavini Tzipi Livni XII Bakı Qlobal Forumunda iştirakı zamanı deyib.
"Bu gün burada münaqişələr və onların həlli yolları barədə danışdım. Hesab edirəm ki, biz fələstinlilərin qanuni hüquqları ilə radikal ideologiya arasında fərqi düzgün müəyyən etməliyik. Həmasın təqdim etdiyi ideologiya legitim Fələstin məsələsi uğrunda mübarizə deyil və bu təşkilat legitim sayılmamalıdır. Həmasın Qəzzada və ya başqa bir yerdə hakimiyyətdə qalması qəbuledilməzdir.
Beynəlxalq ictimaiyyətin bu məsələdə ortaq mövqeyə gəlməsi vacib məqamdır. Bunu nəzərə alaraq, regionda yeni təhlükəsizlik alyanslarının yaradılması üçün imkanlar meydana çıxa bilər. Eyni zamanda, İsrail və digər regional aktorlar arasındakı xüsusi münasibətləri və Suriyadakı mürəkkəb vəziyyəti nəzərə alaraq, Azərbaycanın bu prosesdə mühüm dəstək rolu oynaya biləcəyini vurğulamalıyam", - deyə T.Livni deyib.