TBİLİSİ, 14 mart. TELEQRAF

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-17 mart tarixində Gürcüstanda səfərdə olacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə martın 16-da Rustavi, martın 17-də isə Tbilisi şəhərində azərbaycanlı icma üçün iftar məclisləri təşkil olunacaq.

Qeyd edək ki, R.Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana sonuncu dəfə ötən ilin iyununda səfər edib.