BAKI, 14 mart. TELEQRAF

"Amerikalılar bildirirlər ki, biz bütün dünyanın təhlükəsizliyinə cavabdeh ola bilmərik".

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Sülhə gedən yol” panel müzakirələrində ABŞ-nin Birləşmiş Krallıqdakı keçmiş səfiri Filip Lader bildirib.

O qeyd edib ki, burada Avropa İttifaqı da öz gücünü ortaya qoymalıdır.

"Yaxşı olardı ki, bu mövzu barədə hər kəs düşünsün. Biz XX əsrdə baş vermiş hadisələrdən dərs götürməliyik və unutmamalıyıq. Əməkdaşlıqdan və tərəfdaşlıqdan başqa alternativ yoxdur. BMT gözardı edilməməlidir. Aydındır ki, sülhə gedən yol asan deyil və bütün tərəflər gərək bunun üçün müəyyən güzəştlərə getsin. Biz hər gün bu barədə düşünməliyik. Kennedinin məşhur bir deyimi var: “Sən düşünmə ki, ölkə sənin üçün nə edib, düşün ki, sən ölkə üçün nə etmisən?” Bir daha qeyd edirəm, hər şey öz əlimizdədir. Sülh elə bir məhfumdur ki, böyük cəsarət tələb edir. İnsanlar heç vaxt öz ölkəsinə olan inamını itirməməlidir”, - Filip Lader vurğulayıb.