TBİLİSİ, 14 mart. TELEQRAF

Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh üzrə danışıqların başa çatmasını alqışlayır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin “X” hesabında bildirilib.

“Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə bütün 17 maddə üzrə danışıqların başa çatmasını alqışlayır. Regionda dayanıqlı sülh və sabitlik üçün tarixi addımdır”, - paylaşımda deyilir.