.jpg)
BAKI, 14 mart. TELEQRAF
"Fikrimcə, Vladimir Putin dünyanın ən zəngin adamıdır".
Teleqraf xəbər verir ki, bunu Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko “Sülhə gedən yol” panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsinin səbəbi NATO-ya üzvlük məsələsi deyil.
“Bu platformada biz həqiqətlərdən danışmalıyıq, Rusiyanın Ukraynaya nəyə görə müdaxilə etdiyindən danışmalıyıq. Buna səbəb Ukraynanın NATO-ya üzvlük məsələsi deyildi. Bir çoxları bunu əsas gətirir, amma bu belə deyil. Bu sadəcə, Rusiya siyasətçilərinin uydurmasıdır. Onlar çalışırdılar ki, öz müstəmləkələrində olan təbii sərvətləri talasınlar. İndi isə bunu Vladimir Putin edir, o bir imperialist adamdır. Ukrayna onun üçün bir fürsət kimi görünür”, - Katerina Yuşşenko qeyd edib.