
BAKI, 14 mart. TELEQRAF
Fransa Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasının elan edilməsini alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi mətbuat katibi bəyanat yayıb.
Bəyanatda sazişin imzalanmasının ən qısa zamanda baş tutacağına inam ifadə olunur: "Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə, Cənubi Qafqazın region əhalisinin mənafeyi naminə açıq sərhədləri olan sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir".