BAKI, 14 mart. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində ilk hərbi attaşe faəliyyətə başlayıb.

Teleqraf bildirir ki, bu bu barədə səfirliyin “X” hesabında məlumat yayılıb.

“Böyük Britaniyanın ilk rezident müdafiə attaşesi kimi komandir-leytenant Gavin Tarbardın Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir və müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək”, – deyə paylaşımda qeyd olunub.