
BAKI, 14 mart. TELEQRAF
Aparılmış ikitərəfli danışıqlar nəticəsində bir sıra xarici dövlətlər Azərbaycana minatəmizləmə sahəsində maliyyə və texniki yardımlar göstərib.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, Almaniya 500 min avro, Belçika 250 min avro, Çin 500 min yuan (117.000 AZN-red), İtaliya 1,5 milyon avro, BƏƏ 5 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyini elan edib.
Bununla yanaşı, Xorvatiya və ABŞ-də fəaliyyət göstərən Marşal İrsi İnstitutu tərəfindən ölkəmizə minaaxtaran itlər ianə olunub.