BAKI, 14 mart. TELEQRAF

2024-cü il ərzində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan beş dəfə görüş keçiriblər.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatın Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı hissəsində görüşlərin tarixi də qeyd olunub

Görüşlər 28-29 fevralda Berlində, 10-11 mayda Almatıda, 10 iyulda NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda, 26 sentyabrda BMT Baş Assambleyasının 79-cu İllik Sessiyasının yüksək səviyyəli müzakirələrində iştirak çərçivəsində Nyu-Yorkda və 18 oktyabrda İstanbulda keçirilmiş “3+3” toplantısında baş tutub.