BAKI, 14 mart. TELEQRAF

Azərbaycan BMT və qurumlarına 5.4 milyon manat vəsait xərcləyib.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2024-cü ilin dövlət büdcəsindən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üzrə (BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalara 5,4 mln. manat, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumlarına 1,3 mln. manat, Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatlarına 1,2 mln. manat və digər beynəlxalq təşkilatlara 8,6 min manat) 16,5 mln. manat, beynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakla bağlı öhdəliklər üçün (Asiya İnkişaf Bankına 1,6 mln. manat, İslam İnkişaf Bankına 1,3 mln. manat, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) 2,0 mln. manat) 4,9 mln. manat vəsait istifadə edilmişdir.