​BAKI, 13 mart. TELEQRAF

"Düşünürük ki, çoxtərəflilik bizim üçün əhəmiyyətlidir, onu tətbiq etməsək, böyük itkilər olacaq".

Teleqraf xəbər verir ki, bunu "Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Marc Uzan XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması" panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, əgər beynəlxalq böhranlar olsa, çoxtərəfliliklə bunun qarşısını almaq olar:

"Çoxtərəflilik bu gün maliyyə sisteminə də lazımdır və bu tətbiq edilməlidir".

O qeyd edib ki, biz müharibələrin qarşısının alınmasına nail olmalıyıq:

"Lakin ABŞ öz hegemonluğunu qoruyub saxlamaq istəyir. Çünki Dünya Bankı, Beynəlxalq Valyuta Fondu dollara arxalanır. Tramp qeyd etmişdi ki, əgər başqa valyutaya keçilsə, onlara sansksiya tətbiq ediləcək".