
BAKI, 13 mart. TELEQRAF
"Rusiyanın Ukraynaya hücumuna 12 saat qalmış xarici işlər naziri Sergey Lavrov Britaniyaya səfəri zamanı bildirmişdi ki, ölkəsi hücum etməyəcək".
Teleqraf xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
"Ancaq 12 saat sonra tanklar Ukrayna ərazisinə daxil oldu. İnsanlar öldü, şəhərlər dağıdıldı. Onlar Ukraynanın prezidentini qeyri-qanuni adlandırırdılar. Çünki Volodimir Zelenski onların diqtəsi ilə hərəkət etmirdi. Baxın, artıq dünyadakı siyasətçilər yalan danışır. Sözlərə etibar qalmayıb", - deyə Frayberqa deyib.
O əlavə edib ki, Üçüncü Dünya müharibəsi riski Rusiyanın təhdidlərindən irəli gəlir: "Moskva Londonu, Parisi, Vaşinqtonu nüvə silahı ilə təhdid edir".