BAKI, 20 oktyabr. TELEQRAF

2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.

Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.

Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq–Qərb istiqamətində 20,2 faiz, Şimal–Cənub istiqaməti üzrə isə 19 faiz artıb.

Müsbət dinamika liman əməliyyatlarında da müşahidə olunub. Cari ilin doqquz ayında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 faiz artaraq 1,73 milyon tona çatıb.