BAKI, 20 oktyabr. TELEQRAF
“Regionda ABŞ-yə ev sahibliyi edən ölkələr bilməlidir ki, İrana qarşı yeni müharibə başlasa, onun alovu hamını cənginə alacaq”.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi deyib.
Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək seçkilərə toxunan Baş Qərargah rəisi Prezident Donald Trampa müraciətində bildirib: “Seçkilərdən əvvəl və ya sonra özünüz və ya İsrailin təhriki ilə İslam Respublikasına qarşı addım atsanız, silahlı qüvvələrimiz dərhal, heç bir məhdudiyyət olmadan, ABŞ-nin maraqlarını güclü, sərt və ağrılı zərbələrlə hədəfə alacaq”.
Əli Abdullahi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə də xəbərdarlıq edib:
“Beynəlxalq təşkilatlara, xüsusilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə xəbərdarlıq edirik: qoyun dərisi geyinmiş qurd rolunu oynamağa son qoysunlar və İranın nüvə obyektləri barədə əsassız bəyanatlar verməkdən çəkinsinlər”.