BAKI, 20 oktyabr. TELEQRAF

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyində yenidən təşkil edilir.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılır. Kompleksin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan zəruri xərclər dövlət büdcəsində nazirlik üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək.