AĞCABƏDİ, 25 oktyabr. TELEQRAF
Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı üçü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Arazbar kəndində baş verib.
Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Hakim Umud oğlu Hüseynov idarə etdiyi "VAZ-21014" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Nəticədə avtomobilin sürücüsü H.Hüseynov və maşında olan qardaşının ailə üzvləri — 1983-cü il təvəllüdlü Adilə Bayramqulu qızı Hüseynova, onun övladları: 2021-ci il təvəllüdlü Fərqiyyə Səbuhi qızı Hüseynova və Umud Səbuhi oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.