BAKI, 25 oktyabr. TELEQRAF
La Liqa nəhənglərindən “Real Madrid”in qapıçısı Tibo Kurtua “Barselona” ilə oyunun heyətindən çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun açıqlamasında bildirilib ki, Kurtua qrip səbəbindən son anda heyətdən kənarlaşdırılıb. Onun əvəzinə İlya Voloşin heyətə daxil edilib.
Qeyd edək ki, İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçiriləcək “Real Madrid” – “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.