BAKI, 25 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının IX turunda “İmişli” və “Şamaxı” komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən görüş “İmişli”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Dioqo Almeyda (17) və Seyxan Fərəcov (90+2) fərqləniblər. “Şamaxı”nın yeganə qolunu isə 65-ci dəqiqədə Abdullahi Şuaybu vurub.

Qeyd edək ki, günün növbəti matçında “Sabah” “Qarabağ”ı qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.