BAKI, 25 oktyabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının hərbi qanadına məxsus silah anbarını hava zərbəsi ilə məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, hədəfə alınan obyektdə avtomatlar, raketlər və buraxılış qurğuları daxil olmaqla müxtəlif növ silahlar saxlanılıb.

"Ordumuz radikalların döyüş potensialını bərpa etmək və ya hərbçilərə zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün qətiyyətli tədbirləri davam etdirəcək", — deyə məlumatda vurğulanıb.