BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etmək və ya ölkəni “məhv etmək” arasında seçim etməli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Seçim etməliyəm. Onu məhv etmək çox asan olacaq, ya da razılaşma əldə etmək”, – deyə ABŞ lideri bildirib.

O, həmçinin ABŞ və İsrailin İranla hərbi münaqişəsi başa çatdıqdan sonra neft qiymətlərinin aşağı düşəcəyini iddia edib.

Oktyabrın 24-də ABŞ Prezidenti Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı təqdirdə İrana yeni zərbələr endirilməsi ehtimalını da istisna etməyib.