BAKI, 25 oktyabr. TELEQRAF
Papua-Yeni Qvineyanın şərq hissəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan Ambunti şəhərindən 34 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.