BAKI, 6 fevral. TELEQRAF

Qarabağ Universitetində tibb fakültəsi açılacaq.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci il tədris ilində 1500 tələbənin təhsil alması planlaşdırılır: “Onlar üçün təhsil ödənişsiz olacaq. Ən böyük yenilik tibb ixtisasının tətbiqidir”.

Nazir onu da bildirib ki, bu il universitetin yeni tədris binasının istifadəyə verilməsi planlaşdırılır: "2026-cı ildə isə bir neçə tədris binası təhvil veriləcək".