BAKI, 8 sentyabr. TELEQRAF

Limanlar bizim üçün, dəniz marşrutu baxımından, çox vacibdir. Liman əsas məntəqədir.

Teleqraf xəbər verir ki, Azəbaycan Xəzər Dənizi Gəmiçiliyi QSC-nin Dayanıqlılıq və Emissiyaların İdarə Edilməsi departamentinin direktoru Əziz Ələkbərli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bütün proseslər üçün müəyyən standartlara əsaslanır və yükləri bir ölkədən digərinə çatdırılır:

"Hər şey müəyyən standartlara uyğun həyata keçirilir. Liman bizim gəmilərimiz üçün nəzarət məntəqəsidir. Burada biz prosesi idarə edə, standartlara uyğunluq əldə edə və standartlara cavab verən yükləri müştərilərimizə çatdıra bilirik.

Məhz buna görə də deyirəm ki, limanlar çox vacibdir. Hesab edirəm ki, limanlara investisiya qoyuluşu həyata keçirilməlidir. Məsələn, körpülər genişləndirilməli, gəmilərimiz üçün körpülərin uzunluğu artırılmalıdır.

Gələcəkdə suyun səviyyəsinin necə dəyişəcəyindən asılı olaraq, bunun üzərində əvvəlcədən hesablamalar aparılmalıdır. Düşünürəm ki, limanların və əsas körpülərin genişləndirilməsinə investisiya qoyulması planlaşdırılmalıdır. Bu da öz növbəsində bizə böyük kömək edəcək".