BAKI, 8 sentyabr. TELEQRAF
Ermənistanda ləğv edilmiş separatçı ordunun generallarının həbsinə hazırlıq gedir.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
“Hakimiyyət yeni səs-küylü həbslərə hazırlaşır. Hədəfdə “qarabağlı generallar” var. Həmin generalların böyük sərvətlərə sahib olduqları bildirilir”, - nəşr yazıb.
“İravunk” Ermənistan hakimiyyətindəki mənbədən sitat gətirib:
“Çoxlu sayda qarabağlı öz generallarına görə and içib özlərini yırtırlar. İndi görəcəklər ki, onların nə boyda var-dövlətləri var, şoka düşəcəklər”.
Mənbə Ermənistan Baş naziri Nikol Paşinyanın artıq hüquq-mühafizə orqanlarına müvafiq göstərişlər verdiyini də qeyd edib.