BAKI, 8 sentyabr. TELEQRAF

“Qərb kompromisə getməsə, Rusiya Ukraynada qarşıya qoyduğu məqsədlərə döyüş meydanında nail olacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Tanrı xatirinə. Əgər Qərb diplomatiyası ağlabatan, balanslaşdırılmış və kompromis xarakterli təşəbbüslərlə çıxış edən ölkələri saxlamaqdan ibarətdirsə, qoy belə də olsun. Deməli, o zaman biz məqsədlərimizə danışıqlar masası arxasında deyil - bu, bizim üçün daha üstün variant olardı və Ankoric bunu sübut etdi - döyüş meydanında nail olacağıq. Rusiya Prezidenti Vladimir Putin də bunu dəfələrlə təsdiqləyib”, - nazir bildirib.