BAKI, 8 sentyabr. TELEQRAF

“Avropa elitaları lovğalanaraq yorulmadan Rusiya ilə müharibəyə hazır olduqlarını iddia edirlər, Rusiyanın onlarla müharibə aparmaq niyyəti yoxdur. Amma avropalılar Rusiyaya hücum etsələr, bu, tamamilə fərqli müharibə olacaq və çox qısa çəkəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Avropanın həyasızlığına gəlincə, elə lovğalanırlar ki, sanki necə qərar versələr, elə də olacaq. Guya 2030-cu ilə qədər artıq ölkəmizə qarşı müharibə aparmağa hazır olmalıdırlar. Rusiya Prezidenti Vladimir Putinin təbiirincə desək, Avropanın özü bəla axtarır, ölkəmiz onlara heç vaxt hücum etməyəcək. Amma bizə hücum etsələr, bu, prinsipial olaraq tamamilə fərqli müharibə olacaq və çox qısa çəkəcək. Bu qədər”, - nazir bildirib.