BAKI, 8 sentyabr. TELEQRAF

Qərar qəbul edənlər səviyyəsində koordinasiya son dərəcə vacibdir.

Teleqraf xəbər verir ki, bunu Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin sədr müavini Amin Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyada çıxışında deyib.

O bildirib ki, yüksək hökumət səviyyəsində əməkdaşlıq düzgün şəkildə qurulmalıdır.

"Bu halda gələcəkdə texniki mütəxəssislərin imkanlarından daha yaxşı yararlanmaq, əməkdaşlıq etmək, yaxşı nəticələr əldə etmək və problemin həllinə töhfə vermək baxımından daha yaxşı mövqedə olarıq. Mütəxəssislər, xüsusilə risk mütəxəssisləri və alimlər daha çox siyasi qərarlardan asılıdırlar", - o vurğulayıb.