BAKI, 8 sentyabr. TELEQRAF
Bakının Səbail rayonunda restoranın qarşısında söyüş söyən şəxs həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Əhəd Yaqubov küçəsi-2 ünvanında yerləşən “Bayıldım” restoranının qarşısında baş verib.
Restoranının qarşısında Zəngilan rayon sakini, 1972-ci il təvəllüdlü Aqşin Vəliyev (ad-soyad şərtidir – red.) ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub.
Ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə inzibati qaydada protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə o, 20 gün müddətinə həbs edilib.
Qeyd edək ki, inzibati qaydada həbs olunan şəxsin Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyində qazın yığılması üzrə operator çalışdığı deyilir.