BAKI, 8 sentyabr. TELEQRAF
Bu gün iqlimdə gedən proseslər kənd təsərrüfatında cərəyan edən proseslərlə bağlıdır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı və iqlim riskləri bir-birindən ayrı qiymətləndirilə bilməz və kənd təsərrüfatının COP31-də əsas müzakirə mövzularından biri olacağı gözlənilir:
“Azərbaycanda kənd təsərrüfatı və iqlim dəyişmələri ilə bağlı məsələlər artıq üçüncü ildir ciddi şəkildə araşdırılır və müvafiq proqramlar qəbul edilir. Kənd təsərrüfatı və iqlim məsələləri ilə əlaqəli elmi araşdırmaların genişləndirilməsi, ekspertlərin fikirlərinin nəzərə alınması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi vacibdir.
Azərbaycan kənd təsərrüfatı və iqlim məsələlərinin daha geniş auditoriyada müzakirə olunmasında maraqlıdır”.