BAKI, 7 sentyabr. TELEQRAF

İnkişaf etməkdə olan ölkələrdə elektrikləşmə hədəfimə nail olunmasını dəstəkləyə biləcək yardımçı mexanizmləri inkişaf etdirmək üçün çalışırıq.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank Dördüncü İqlim Fəaliyyəti Həftəsi (CW4) konfransı çərçivəsində keçirilən “Qlobal Enerji Keçidi üçün Elektrikləşdirmənin Genişləndirilməsi” mövzusundan yüksək səviyyəli dəyirmi masada deyib.

O qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin maliyyəyə çıxışını asanlaşdıracaq bir mexanizm üzərində işləyirlər:

“Bunun ilk tətbiqlərini də Nyu-Yorkda 6 ölkə üzərindən açıqlayacaq və elan edəcəyik. Böyük ehtimalla, burada əsas istiqamət də elektrikləşdirmə olacaq.

Biz istəyirik ki, hədəfə çatarkən inkişaf etməkdə olan ölkələri dəstəkləyəcək mexanizmlərlə birlikdə bu məqsədi ortaya qoyaq və heç kimin geridə qalmayacağı bir hədəf müəyyənləşdirək. Çünki bilirik ki, inkişaf etməkdə olan ölkələr, o cümlədən ən az inkişaf etmiş ada dövlətləri və Afrika ölkələri var. Bu ölkələrin həmin hədəflərə çatması üçün onların mütləq maliyyə baxımından dəstəklənməsi lazımdır. Həm maliyyə, həm də texniki baxımdan dəstək göstərilməlidir. COP Sədrliyi olaraq biz də bu işi müvafiq paketlə birlikdə COP31-in gündəliyinə gətirəcəyik”.

“Elektrikləşdirmə ilə bağlı, bir çox istiqamət ola bilər, lakin bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr var. Bunlara sənaye, nəqliyyat, binalarda enerji səmərəliliyi, binalarda elektrikləşdirmənin tətbiqi və digər istiqamətlər daxildir. Bütün bunlar, əslində, bizi bu hədəfə çatdırmaq üçün seçilmiş əsas istiqamətlərdir.

Biz də hazırda Türkiyə olaraq elektrikləşdirmə səviyyəsində 22 faiz göstəriciyə malikik. Bunu da digər inkişaf etməkdə olan ölkələr kimi 35 faizə çatdırmaq üçün bir çox işlər görəcəyik”, - deyə F.Varank əlavə edib.