BAKI, 4 sentyabr. TELEQRAF
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin növbəti satışının həyata keçirilməsi ilin sonuna planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, layihələr və mənzillər barədə məlumatlar müvafiq satışa ən azı 30 gün qalmış elan ediləcək.
“Bu məlumat həm Agentliyin rəsmi internet səhifəsində, həm də müxtəlif media resurslarında da öz əksini tapacaq”, - o əlavə edib.