BAKI, 8 sentyabr. TELEQRAF
Son onillikdə iqlim dəyişmələrinin fəsadları qlobal miqyasda ekstremal hadisələrin daha da şiddətlənməsi ilə müşahidə edilir.
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyada çıxışında deyib.
O bildirib ki, iqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin sonuncu hesabatında aşağı və orta gəlirli ölkələrdə şəhər ərazilərində iqlim risklərinə həssaslığın artdığı barədə xəbərdarlıq edilir.
"Avropada şiddətli və daha uzunmüddətli istilik dalğaları, Nepalda dağıdıcı sellər və dünyanın bir çox ölkələrində hava-iqlim anomaliyaları bu proseslərə iqlim dayanaqlılığının artırılmasının nə dərəcədə vacib olduğunu göstərir. Ölkəmiz də iqlim riskləri ilə üzləşir", - o vurğulayıb.