BAKI, 4 sentyabr. TELEQRAF
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində satışa çıxardığı güzəştli mənzillərin 468-i artıq seçilib.
Teleqraf xəbər verir ki, qeyd edilən ərazilərdə ümumilikdə 535 mənzilin satışa çıxarılıb.
Satış bu gün saat 16:00-dək davam edəcək.
Satılan mənzillərə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzil, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzil, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə isə 6 mənzil daxildir.