BAKI, 8 sentyabr. TELEQRAF
Cənubi Qafqazdakı proseslər regional əməkdaşlığa təsir edir.
Teleqraf xəbər verir ki, bunu Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin Akademik Şurasının üzvü Ulrix Şmid “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycan və Cənubi Qafqazda baş verən hadisələr, Ermənistanla yeni sülh layihəsi və bunun regional əməkdaşlığa təsiri diqqət mərkəzindədir.
U.Şmid bu proseslərin Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə mümkün təsirlərinin də müzakirə olunacağını qeyd edib.