BAKI, 28 iyun. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Rəs Tanura bölgəsində 14 nəfərin həyatını itirməsi ilə nəticələnən helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə Nazirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.

"Rəs Tanurada 14 nəfərin həyatına son qoyan faciəvi helikopter qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub.