BAKI, 2 noyabr. TELEQRAF
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Samir Şərifov Qırğızıstanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Nazir müavini vurğulayıb ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir:
“Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çoxtərəfli platformalar çərçivəsində sıx siyasi dialoq aparır, qarşılıqlı təşəbbüsləri dəstəkləyirlər”.
Samir Şərifov qeyd edib ki, 2027-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatında sədrliyi dövründə regional tərəfdaşlığın praktiki nəticələrinin artırılması istiqamətində səylər davam etdiriləcək.
O, həmçinin Orta Dəhlizin inkişafı, nəqliyyat əlaqələrinin genişləndirilməsi və rəqəmsal bağlantıların gücləndirilməsinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi tərəfdaşlığa yeni məzmun verdiyini bildirib.