BAKI, 5 noyabr. TELEQRAF
Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbir çərçivəsində “Dövlətin roluna yenidən baxış: dəyişən idarəetmə mühitində yeni institusional modellər” mövzusunda panel sessiyası keçirilib.
Teleqraf xəbər verir ki, sessiyada Afrika İttifaqı, ICESCO, Keniya, Surinam və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.
Paneldə dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmə modellərinin müasirləşdirilməsi və dövlət sektorunda islahatların həyata keçirilməsi istiqamətləri müzakirə olunub.
Həmçinin gələcək çağırışlara çevik reaksiya verən, vətəndaşların ehtiyaclarını nəzərə alan və səmərəli idarəetməni təmin edən institusional modellərin qurulması ilə bağlı təcrübə və yanaşmalar bölüşülüb.