BAKI, 4 noyabr. TELEQRAF
Azərbaycan və Əlcəzair arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Teleqraf xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Əlcəzairin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
O qeyd edib ki, iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlıq edir.
Ziyafət Əsgərov Prezident İlham Əliyevin 2022-ci ildə Əlcəzairə səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələ açdığını vurğulayıb.
O, ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasının əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib.