Xocalı rayonunun kəndlərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocalının Badara kəndinə 10 ailə — 33 nəfər, Təzəbinə kəndinə 10 ailə — 60 nəfər, Xanabad kəndinə 9 ailə — 33 nəfər, Ballıca kəndinə 4 ailə — 22 nəfər, Xanyurdu kəndinə 4 ailə — 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə — 13 nəfər yerləşdirilib.

***

13:42

Xocalı rayonunun 6 kəndinə yola salınan köç mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, respublikanın müxtəlif yerlərindən yola salınan köç Xocalı rayonunun Badara,Təzəbinə,Xanabad Xanyurdu və Daşbulaq kəndlərinə çatıb.

Daha sonra ailələrə mənzillərin açarları təqdim ediləcək.

***

13:36

Bu gün doğma yurduna yola salınan köç karvanı Şükürbəyli kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə bu mərhələdə Şükürbəyli kəndinə 77 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

12:35

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, növbəti mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, eləcə də Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə olmaqla 77 nəfər köçürülüb. Xocalının Badara kəndinə 10 ailə — 33 nəfər, Təzəbinə kəndinə 10 ailə — 60 nəfər, Xanabad kəndinə 9 ailə — 33 nəfər, Ballıca kəndinə 4 ailə — 22 nəfər, Xanyurdu kəndinə 4 ailə — 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə — 13 nəfər yerləşdirilib.

Qeyd olunub ki, köç edən ailələr bu günədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqların işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.