AĞCABƏDİ, 11 noyabr. TELEQRAF

Ağcabədidə 2 gün əvvəl avtomobillə vurulan piyada ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Hindarx qəsəbəsində Ağdam rayon sakini Elxan Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu Hindarx qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elmin Rüstəmov xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.