ŞU, 20 mart. TELEQRAF
Şuşadakı Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb.
Teleqrafın Qarabağ bürosu xəbər verir ki, namazda yerli sakinlər və qonaqlar iştirak ediblər. Mərasim zamanı dini ayinlər icra olunub və bayram əhval-ruhiyyəsi yaşanıb.
Qeyd edək ki, bu məscid bölgədə dini həyatın bərpası və mədəni irsin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.