ASTARA, 18 mart. TELEQRAF

"Astara" Dövlət Sərhəd buraxılış məntəqəsi vasitəsilə xarici vətəndaşların təxliyə prosesi fasiləsiz şəkildə davam etdirilir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, günorta saatlarında Hindistan vətəndaşları olan həkimlər və tələbələr sərhəd-keçid məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə İrandan təxliyə ediliblər.

Hazırda təxliyə tədbirləri fasiləsiz olaraq davam etdirilir.