AĞDƏRƏ, 17 mart. TELEQRAF

Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə ailələrə mənzillərin açarlarını Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları təqdim ediblər.

***

15:25

Bu gün yola salınan köç Ağdərə rayonuna çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kənd sakinləri doğma yurdlarına qovuşublar.

Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə (13 nəfər), Aşağı Oratağ kəndinə 21 ailə (108 nəfər), Heyvalı kəndinə 7 ailə (34 nəfər), Çapar kəndinə 4 ailə (17 nəfər), Həsənriz kəndinə 6 ailə (29 nəfər), Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə (36 nəfər), həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə (131 nəfər) köçürülüb.

Bununla da bugünkü köç də daxil olmaqla Ağdərə rayonu 9 yaşayış məntəqəsi ümumilikdə 828 ailə olmaqla 3214 nəfərin daimi qayıdışı təmin edilib.